Modern.az

Madər Musayev İntizam komissiyasında başqa deputatla əvəzləndi - SİYAHI

Madər Musayev İntizam komissiyasında başqa deputatla əvəzləndi - SİYAHI

1 Fevral 2024, 12:08

Milli Məclisin İntizam komissiyası yenidən formalaşıb.

 

Modern.az xəbər verir ki, İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi parlamentin fevralın 1-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

 

Komissiyanın tərkibinə yeni üzv əlavə edilib. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan birinin - Madər Musayevin vəfat etməsidir. 

 

Komissiyanın yeni üzvü kimi Kəmaləddin Qafarovun namizədliyi irəli sürülüb. Müzakirə və səsvermədən sonra onun namizədliyi təsdiqlənib.

 

Qeyd edək ki, Madər Musayev ötən ilin iyul ayında vəfat edib.

 

Milli Məclisin İntizam komissiyası aşağıdakı tərkibdədir:

 

1. Ağamalı Fəzail Rəhim oğlu

2. Həsənov Nurlan Urfan oğlu

3. Həsənova Afət Əbil qızı

4. İbrahimqızı Məlahət İbrahim qızı

5. İbrahimov Eldar Rza oğlu

6. Məhəməliyev Nəsib Məhəmməd oğlu

7. Məmmədov Hikmət Baba oğlu

8. Məmmədov Məşhur Şahbaz oğlu

9. Möhbalıyev Səttar Suliddin oğlu

10. Qafarov Kəmaləddin Nəsrəddin oğlu

11. Səfərov Nizami Abdulla oğlu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!