Modern.az

Ukraynada savaşan azərbaycanlıların vətəndaşlığı ləğv olunmalıdır

Ukraynada savaşan azərbaycanlıların vətəndaşlığı ləğv olunmalıdır

Parlament

5 Mart 2024, 12:52

“2023-cü ildə Ombudsmanın ünvanına 29.411 müraciət daxil olub ki, bu da 2021-ci ildəki 31.092 şikayətlərlə müqayisədə 1.681 müraciət azdır. Bununla belə, istər dövlət başçısına, istərsə də hörmətli Mehriban xanıma daxil olan müraciətlər onu deməyə əsas verir ki, biz gələcəkdə müxtəlif dövlətlərin müvəkkilərinin hazırladıqları hesabatlarda olduğu kimi şikayətlərin daha çox hansı sahələri əhatə etdiyini, onların dinamikasını və problemləri yaradan, yaxud həll etməyən qurumların adlarını Məruzəyə daxil etməliyik. Milli Məclisdə Hökumətin gözlənilən hesabatı qarşısında Ombudsmanın məruzəsi yol xəritəsidir”. 

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc bildirib. 

 

O qeyd edib ki, məruzədə İraq və Suriyada döyüş zonalarında qalan 469 qadın və uşağın ölkəyə qaytarılması-repatriasiyası əksini tapıb:

 

"Xüsusi vurğulayaq ki, terrorçu dəstələrə qoşulan və onların yaxınlarına münasibət dünyada birmənalı deyil. Yaxın Şərqdə qeyri-qanuni silahlı qruplaşmarda iştirak edənlərin və qohumlarının öz ölkələrinə qayıtması təhlükə sayılır. DTX-nin rəsmi məlumatına görə, Suriyaya gedən vətəndaşlarımızın sayı 1000-dən çox olub. İndi Rusiya-Ukrayna müharibəsində də eyni vəziyyət yaranıb. Səngərin hər iki tərəfində bir-birinə güllə atanların həm də azərbaycanlılar olduğuna acıyırıq. Biz ikili deyil, məhz Azərbaycan vətəndaşlarının nizami ordularda iştirakını, üsyançı hərbi birləşmələrin tərkibində vuruşmaları ilə eyni cinayət sayırıq. Ona görə də  Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi, Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır.  Sözügedən insanların, hətta uşaqlarının belə psixoloji durumunda dərin kök salan zədələr onların inteqrasiyası və reabilitasiyasını çətinləşdirir. Ona görə qanunvericilik sistemi daha da sərtləşməyə ehtiyac var”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?