Modern.az

Gimnastlarımız Serbiyada beş medal qazandı

Gimnastlarımız Serbiyada beş medal qazandı

İdman

29 Aprel 2024, 09:31

Azərbaycanın iki bədii gimnastı Serbiyanın paytaxtı Belqradda keçirilən “Ritam Cup” beynəlxalq turnirində beş medal qazanıb.

 

Modern.az-ın məlumatına görə, Sofiya Məmmədova üç mükafata sahib çıxıb.

 

O, çoxnövçülükdə gümüş, halqa və topla çıxışlarda bürünc medal əldə edib.

 

İlona Zeynalova isə yarışı iki mükafatla başa vurub. Ginnast çoxnövçülükdə və halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov