Modern.az

Minik maşını "Tır"la toqquşdu - 2 nəfər yaralandı

Minik maşını

Hadisə

26 Mart 2024, 23:44

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Minik və "Tır" markalı yük avtomobillərinin toqquşması ilə nəticələnən qəzada iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var