Modern.az

Türkiyəyə ən çox gedən turistlər üç ölkədəndir

Türkiyəyə ən çox gedən turistlər üç ölkədəndir

Dünya

16 Aprel 2024, 10:58

2024-cü ilin yanvar-fevral aylarında Türkiyə 4 milyondan çox turisti qəbul edib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.
 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilib.

Bu il Türkiyəni ziyarət edən turistlərin əksəriyyəti iranlılar olub. Onların sayı təxminən 438 min nəfərdir.


Türkiyəyə gedən turistlər arasında ruslar (433 min) ikinci, bolqarlar (345 min) üçüncü yerdə gəlir.

2023-cü ildə Türkiyəyə gedən turistlərin sayı 56 milyon 693 min 837 nəfər olub. Onlardan 49 milyon 209 min 180 nəfəri əcnəbi, 7 milyondan çoxu isə xaricdə daimi məskunlaşmış Türkiyə vətəndaşları olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!