Modern.az

Qəbul imtahanı üçün qeydiyyat davam edir - ƏN SON RƏQƏMLƏR

Qəbul imtahanı üçün qeydiyyat davam edir - ƏN SON RƏQƏMLƏR

Təhsil

28 Aprel 2024, 10:16

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat davam edir.


Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 62 615 abituriyent qeydiyyatdan keçib.


Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 21374 nəfər bu qrup üzrə müraciət edib.


II ixtisas qrupu üzrə 18011 nəfər, III qrup üzrə 18494 nəfər, IV qrup üzrə isə 4736 nəfər qeydiyyatdan keçib.

 

Qeydiyyatdan keçənlərin böyük hissəsini - 56306 nəfəri Azərbaycan bölməsi, 6309 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir.

 

Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var