Modern.az

Rusiyanın İŞİD-lə bağlı müəmmasına ABŞ- dan REAKSİYA

Rusiyanın İŞİD-lə bağlı müəmmasına ABŞ- dan REAKSİYA

2 Sentyabr 2015, 11:50


ABŞ Rusiyanın “İslam dövləti” terror təşkilatına (İŞİD) qarşı mübarizəsini o zaman alqışlayar ki, Kreml bu səylərdə daha çox iştirak etsin.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.   O deyib ki, ABŞ bununla belə, Rusiyanın İŞİD əleyhinə geniş tərkibdə mübarizəsini dəstəkləyir.  

Mark Toner Rusiyanın döyüş təyyarələrinin İŞİD-ə qarşı Suriyada əməliyyat keçirməsi barədəki iddialara da aydınlıq gətirib.  

Dövlət Departamentinin rəsmisi isə vurğulayıb ki, ABŞ iddianın doğru olub-olmamasını araşdırır.  

“Rusiya rəsmi şəxslərinə cavab olaraq deyirəm ki, İŞİD-lə mübarizə bizim üçün çox vacibdir. İndi 37 ölkə anti-İŞİD koalisiyasında iştirak edir”.  

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Rusiya təyyarələrinin İŞİD hədəflərini bombalamasına dair yayılan xəbərləri təkzib etmişdi.    

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir