Modern.az

NATO-nun fövqəladə toplantısı başlayıb

   NATO-nun fövqəladə toplantısı başlayıb

Dünya

24 Noyabr 2015, 21:15

 

Brüsseldə NATO Şurasının Türkiyə hava məkanını pozması səbəbindən Rusiya məxsus qırıcı təyyarənin vurulması ilə bağlı fövqəladə toplantısı başlayıb. Modern.az saytı Türkiyənin təklifi ilə baş tutan iclasda NATO Baş katibi və Alyansa üzv ölkələrin səfirləri qatılıb.  

Toplantıda Türkiyə Rusiya qırıcısının vurulması ilə bağlı məlumat verəcək və ölkənin hava məkanını pozduğunu özündə əks etdirən radar izlərini üzv ölkələrə təqdim edəcək.  

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib.  

 Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü