Modern.az

“Neftin ucuzlaşması pensiyaların verilməsinə təsir etməyəcək”

“Neftin ucuzlaşması pensiyaların verilməsinə təsir etməyəcək”

İqtisadiyyat

18 Dekabr 2015, 16:50


“Azərbaycanda dövlət büdcəsinin formalaşdırılması üçün kifayət qədər ehtiyat var”.

Modern.az saytı xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki,  sosial layihə və proqramlar nəzərdə tutulan səviyyədə icra olunur: “Hazırda bütün müavinətlər, pensiyalar və digər sosial ödənişlər vaxtında həyata keçirilir. Bu gün Azərbaycan iqtisadiyyatı çox güclü şaxələndirmə mərhələsini keçir. Getdikcə ölkənin istehsal olunan ümumi daxili məhsulunda qeyri-neft sektorunun payı artır”.

Səlim Müslümov qeyd edib ki, neftin qiymətinin aşağı düşməsi pensiya və müavinətlərin verilməsinə heç bir təsir göstərməyəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü