Modern.az

İkinci Qarabağ müharibəsi Ermənistana dərs olmadı

İkinci Qarabağ müharibəsi Ermənistana dərs olmadı

Ölkə

18 Mart 2024, 15:52

Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı.

 

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

 

Ermənistan İkinci Qarabağ müharibəsindən sonra öz qanunsuz silahlı birləşmələrini torpaqlarımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istədiyini xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb ki, bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası, Azərbaycan xalqının iradəsinə ziddir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!