Modern.az

Babəkin yeni icra başçısı KİMDİR...

Babəkin yeni icra başçısı KİMDİR...

Ölkə

29 Aprel 2024, 12:19

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəmcamı ilə Ovni Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə Rasim Hüseynovu əvəz edib.

 

Modern.az-ın məlumatına görə, Ovni Muradov Naxçıvanın elm və təhsil nazirinin müavini vəzifəsində çalışırdı.

 

O, daha əvvəl nazirin səlahiyyətlərini də icra edib.

 

O.Muradov nazir müavini vəzifəsinə təyin olunandək Babək Rayon Təhsil Şöbəsinin müdiri olub.

 

İxtisasca tarixçi olan yeni icra başçısı daha əvvəl Babək rayonun Nehrəm kənd 2 saylı tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov