Modern.az

İlham Əliyev iki nazirə yeni vəzifə verdi 

İlham Əliyev iki nazirə yeni vəzifə verdi 

27 Aprel 2024, 14:57

Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanın təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycandan Rəhbər iqtisadiyyat naziri (Mikayıl Cabbarov), alternativ Rəhbər isə maliyyə naziri (Samir Şərifov) təyin edilib.

 

Onlara həmin Fondda Azərbaycanı təmsil etmək səlahiyyəti verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı