Modern.az

"Kiçik əməyimə verilən böyük qiymət mənim üçün şərəfdir" - Xalq artisti

Mədəni̇yyət

9 May 2024, 13:29

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilməsi barədə sərəncam imzalayıb.


Prezident təqaüdü alan şəxlər arasında olan xalq artisti Yalçın Adıgözəlov da var. 


O, Prezident təqaüdünə layiq görüldüyünü Modern.az-dan öyrənib.

 

“Xəbəri indi sizdən öyrəndim. İlk növbədə dövlət başçısına dərin təşəkkürümü bildirirəm. Kiçik əməyimə verdiyi bu böyük qiymət mənim üçün böyük şərəf, ən böyük məsuliyyətdir. Ömrümüzün sonuna qədər Azərbaycan mədəniyyətinin inkişafına zəhmətimini, əməyimizi əsirgəməyəcəyik. Biz dövlətimizə, xalqımıza qulluq edirik. Mənim atam da belə yaşayıb, babam da, əmim də. Biz böyük musiqiçi nəslin nümayəndəsiyik. Ümidvaram ki, övladım da bu yolu davam edəcək. Bir daha təşəkkür edirəm”.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rəisinin öldüyü qəzada daha 8 nəfər həlak olub