Modern.az

"Koroğlu kimi qaçağın abidəsini parkın ortasına, Xətainin heykəlini isə yolun ortasına qoyublar" - ETİRAZ

Parlament

12 İyun 2018, 17:30

“Şah İsmayıl Xətai Azərbaycanı qurub. Onun abidəsini Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yolun ortasına qoyublar. Bir turist şəkil çəkdirmək istəsə, onu maşın vurub öldürəcək”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin növbədənkənar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov vurğulayıb ki, Koroğlu kimi qaçağın abidəsini parkın ortasına, Şah İsmayıl Xətainin heykəlini isə yolun ortasında yerləşdiriblər.

 

“Bu, düzgün deyil. Tariximizə sahib çıxmalıyıq”.


Spiker Oqtay Əsədov isə S.Novruzova cavab olaraq deyib ki, Koroğlu qaçaq olmayıb: “Etnoslarımıza sataşmayın!”

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı