Modern.az

Milli Məclisin 80-dən çox əməkdaşı işdən çıxarılıb

Milli Məclisin 80-dən çox əməkdaşı işdən çıxarılıb

7 May 2020, 10:54

“Milli Məclisdə struktur islahatları davam etdirilir”.

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.

 

O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb: “Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.

 

  1. Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib. 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı