Modern.az

Kirayədə yaşayan vergi işçilərinə pul kompensasiyası veriləcək

Kirayədə yaşayan vergi işçilərinə pul kompensasiyası veriləcək

Parlament

12 Mart 2024, 13:46

Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı təzimləmənin təkmilləşdirilməsi məqsədi ilə işlər görüləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində qeyd olunub. 

 

Layihəyə görə, əsasnaməyə yeni təminatlar - vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyasının verilməsi, vergi orqanının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı