Modern.az

Rusiyadakı terrordan sonra sapı özümüzdən olan insanlar aktivləşib - Deputat

Rusiyadakı terrordan sonra sapı özümüzdən olan insanlar aktivləşib - Deputat

Parlament

29 Mart 2024, 11:43

“Rusiyada baş verən terror hadisəsindən sonra xaricdə oturan sapı özümüzdən olan insanlar aktivləşməyə başlayıb”. 


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib. 

 

“Onlar belə hadisənin kaş Azərbaycanda olmasını istəyirdi. Belə insanlar Azərbaycan xalqını düşünmürlər, yalnız öz maraqlarını güdürlər. Terrorun əsas mənbəyi maliyyədir. Bizim terrorla bağlı qanun layihəmiz var idi. Hesab edirəm ki, bu qanun layihəsi daha da sərtləşdirilməlidir. Heç kəs havadan insana pul vermir. Verdiyi pulun arxasında da hər hansı sifariş var. Ona görə də bunun qarşısı alınmalıdır”, -deyə o bildirib.

 

Siyavuş Novruzov əlavə edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazisində sosial xarakterli fövqəladə vəziyyət yaratmağa cəhd göstərsələr də, hüquq-mühafizə orqanları Prezidentin rəhbərliyi ilə bunun qarşısını aldı: "Daha sonra Azərbaycanı müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar. Bunun da qarşısı uğurla alındı".

 

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Silahlı şəxslər konsert zalına soxularaq tamaşaçılara atəş açıblar. Hadisə nəticəsində 143 nəfər ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir