Modern.az

"5 rayonun azad olunması üçün Azərbaycan qarşısında 3 şərt" - Politoloq

Qarabağ

4 Noyabr 2017, 00:30

"İnandığım etibarlı qaynaqdan əldə etdiyim məlumata görə Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var". Modern.az xəbər verir ki, bu məlumatı politoloq Elxan Şahinoğlu açıqlayıb.

E.Şahinoğlunun qənaətinə görə, həmin şərtlər aşağıdakılardır: "Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir. Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir".

E.Şahinoğlunun sözlərinə görə, digər məlumatlarla bağlı “Atlas” Araşdırmalar Mərkəzi geniş təhlil hazırlayır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı