Modern.az

Yaxın Şərq ölkələri erməni təcavüzü barədə məlumatlandırılıb

Yaxın Şərq ölkələri erməni təcavüzü barədə məlumatlandırılıb

Qarabağ

30 Noyabr 2022, 10:37

"Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi “Ermənistanın müharibə cinayətləri və post-münaqişə dövrü problemlərinin Yaxın Şərq mətbuatında işıqlandırılması” layihəsinin icrasını yekunlaşdırıb.

İctimai birlikdən Modern.az-a bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

“Layihənin məqsədi xarici medianın gücündən istifadə etməklə Ermənistanın müharibə cinayətlərini və Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub.
Layihə ilə bağlı Yaxın Şərq ölkələrinin seçilmə səbəbi bu bölgənin müsəlman zonası olmasına baxmayaraq, Qarabağ həqiqətləri barədə kifayət qədər məlumatlı olmadığı barədə qənaətlərdi. Üstəlik sözügedən bölgə də müxtəlif münaqişələrdən əziyyət çəkir və müharibənin ağrı-acıları Yaxın Şərq ölkələrinin xalqlarına yaxşı tanışdır. Bu baxımdan layihənin hədəf qrupu olaraq Yaxın Şərq ölkələrinin seçilməsi təsadüfi deyil”,- deyə qurumdan bildirilib.

Təşkilatın təşəbbüsü ilə hazırlanan 20 məqalə Əlcəzair, İraq, Mərakeş, Misir, Sudan və Fələstinin müxtəlif saytlarında yayımlanıb.

Həmin məqalələrdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti önə çəkilib.

İctimai Birlik bu məqalələr vasitəsilə ərəbdilli ictimaiyyətə Qarabağla bağlı əsl həqiqətləri çatdırmağa çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı