Modern.az

BQXK-nin maşınları yenidən Laçın yolundan keçdi

BQXK-nin maşınları yenidən Laçın yolundan keçdi

7 Fevral 2023, 09:04

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 minik avtomobil Laçın yolundan keçib.

 

Modern.az xəbər verir ki, BQXK-ya məxsus 6 minik avtomobilinin Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

 

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 58 gündür davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?