Modern.az

BMT Təhlükəsizlik Şurası Qarabağa görə TOPLANIR

BMT Təhlükəsizlik Şurası Qarabağa görə TOPLANIR

Qarabağ

15 Avqust 2023, 09:11

BMT Təhlükəsizlik Şurası Qarabağla bağlı sabaha fövqəladə iclas təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" nəşri ABŞ-ın BMT-dəki nümayəndəliyinə istinadən məlumat yayıb.

 

Toplantı Ermənistanın təşəbbüsü ilə keçirilir. 

 

ABŞ-ın BMT-dəki nümayəndəliyi iclasın 16 avqust tarixində günortadan sonra keçiriləcəyini bildirib.

 

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın BMT-yə müraciətinə münasibət bildirib. Açıqlamada deyilir ki, 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir.

 

Qeyd olunub ki, bununla yanaşı, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir.

 

“Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir”, - bəyanatda qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov