Modern.az

40 bağça müdiri işdən çıxarılıb, 200-nə töhmət verilib - RƏSMİ

40 bağça müdiri işdən çıxarılıb, 200-nə töhmət verilib - RƏSMİ

18 Aprel 2024, 12:33

Son 3-4 ay ərzində 40-a yaxın müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.


Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat xarakterli brifinq zamanı deyib.
 

O bildirib ki, bağçalarda hamımızın ara-sıra mətbuatda gördüyümüz pozuntu halları, uşaqların qidalanması ilə bağlı tərbiyəçilər ilə uşaqlar arasındakı olan münasibətlə bağlı vaxtaşırı neqativ hallarla rastlaşırıq:

 

“Bu nəzarətimizdədir. Monitorinqlərin əhatəliyi dayanmır. Son 3-4 ay ərzində 40-a yaxın müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib, 200-nə töhmət verilib. Bağçalarda monitorinqlər mütəmadi davam edəcək”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir