18 mart 2019, Bazar ertəsi
Ana Səhifə - MEDİA - Leyla Əliyeva: "Yoldaşımla İctimai Televiziyada tanış olmuşuq, o rejissor, mən aparıcıyam" (FOTOLAR)
Leyla Əliyeva: "Yoldaşımla İctimai Televiziyada tanış olmuşuq, o rejissor, mən aparıcıyam" (FOTOLAR)
20.05.2011, 16:03


Modern.az
saytı televiziyalarda çalışan aparıcı telejurnalistlərlə müsahibələri davam etdirir. Bu dəfəki müsahibimiz İctimai Televiziyanın Musiqili, bədii və əyləncəli verilişlər departamentinin aparıcı simalarından olan, o cümlədən “Eurovision”un Azərbaycan şərhçisi Leyla Əliyevadır. Müsahibəni  təqdim edirik.  

- İctimai Televiziyanın aparıcı jurnalistlərindən olan Leyla Əliyevanı bir qədər də geniş tanımaq istərdik...

- Birinci onu deməliyəm ki, mən İctimai Televiziyanın, bu ailənin yetirməsiyəm. Çünki bura gələndə institutun birinci kursunda oxuyurdum, 18 yaşım var idi. İctimai Televizya fəaliyyətinin artıq 6-cı ilinə gedir. Bu 6 il ərzində mən nəinki institutu, magistr pilləsini bitirdim, hətta ailə qurdum və övladım dünyaya gəldi. Yəni bu yolu mən İctimai Televizyanın nəzdində keçmişəm. Əldə etdiyim nailiyyətlərim, az-çox tanınmağım İctimai Televiziyaya bağlıdır. Onu qeyd edə bilərəm ki, işimə çox bağlı insanam. Hətta adətən uşaq dünyaya gələndən sonra 3 il öz hesabına analıq məzuniyyəti verilir. Amma mən üst-üstə heç 5 ay evdə otura bilmədim. Musiqi, bədii və əyləncəli verilişlər departamenti adından bəlli olduğu kimi bütün keyfiyyətləri özündə birləşdirir. Öz işini sevən, öz sahəsinə həddindən çox məsuliyyətlə yanaşan və efirə çıxarılan hər bir məhsulda insanlara bir xeyir, mənfəət verəcəyini düşünən insanam. İzləyiçilərimi sosial statusuna və s. görə ayırmıram, mənim üçün izləyici, tamaşamçı faktoru var.

- İxtisasınız nədir? Hansı universitetdə oxumusuz?

- Əslində ixtisasca mən jurnalistikanı bitirməmişəm. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xor-dirijorluq kafedrasının məzunuyam. Magistr pilləsində də təhsil alıb onu bitirmişəm, təxminən bir neçə aydan sonra elmi iş üzərində işləməyə başlayacam.

- İctimai Televizyada ilk fəaliyyətiniz barədə danışa bilərsiniz?

- İlk gündən mən öz sahəmə uyğun olaraq Musiqi, bədii və əylənəcəli verilişlər departamentinə təyin olunmuşam. Amma buna baxmayaraq, televiziyanın ən geniş miqyaslı tədbirlərinin aparıcısı,  “Eurovision” müsabiqəsinin ölkədə ilk şərhçilərindən də biri mən olmuşam. Həmin vaxt mənlə Murad Arif ikimiz birlikdə idik. Bir müddət də “Yeni Gün” proqarmının aparıcısı olmuşam.

- İndi hansı verilişlərin aparıcısınız?

- İndi hər həftə apardığım veriliş musiqi sahəsinə aid olmasa da, xanımları əhatə edir, “Qadın dünyası” proqramıdır. “Bu verilişdə daha çox dəbdən danışıla bilərdi” deyə düşünərsiz, amma belə deyil. Bu verilişdə hər mövzu əhatə olunub. Artıq ikinci mövsümdür ki, “Qadın dünyası” proqramı efirə gedir. Dəb mövzusundan tutmuş Milli Qəhrəmanlar, əsgər anası, valideyn-övlad mövzusuna qədər bütün sahələri əhatə edir.

- Hansı xarici dillərdə danışmağı bacarırsız?

- Rus və ingilis dillərini mükəmməl danışıram. Öz dilimi təbii ki, söyləməyə ehtiyac yoxdur. Başlanğıc səviyyədə hal-hazırda italyan dilini yavaş-yavaş öyrənirəm.

- Bəs hansı xarici ölkələrdə olmusunuz?

- Uşaqlıqdan musiqi ilə məşğul olduğuma görə, bir neçə dəfə yaxın ölkələrdə - Rusiya və Gürcüstanda qastrollarda olmuşam. Amma İTV-yə gələndən sonra ilk böyük səfərim ABŞ-a oldu. Bu Amerika Departamentinin dəvəti ilə “Amerika müsəlmanları” adlı filmin çəkilməsi ilə bağlı idi. 2007-ci ildə səfər baş tutdu və Amerika ərazisinə ilk müsəlmanların gəlişindən tutmuş indiyə qədər 11 sentyabr hadisələri və s. işıqlandırmaq şərti ilə iki hissəli, bəlkə də elmi iş səviyyəsində film hazırlamışdıq. Daha sonra həmin filmi mən Suriyada festivala apardım. Fransada, Şotlandiyada “Eurovision” rəqs müsabiqəsi ərəfəsində, Rusiyada yenə “Eurovision” müsabiqəsində, Orta Asiyada - Qazaxıstan, Özbəkistanda, Türkiyədə olmuşam. Londonda isə ötəri olmuşam.

- Bəs necə oldu ki, “Eurovision2 aparıcısı oldunuz?

- İctimai Televiziyanın rəhbəri İsmayıl müəllim “Eurovision” müsabiqəsini Azərbaycana gətirəndə onu şərh etmək, nəsə məlumat toplayıb insanlara vermək mənə həvalə olundu. Müsabiqəni götürəndə və artıq özümüz (ölkəmiz) iştirak etməyə başyanda nümayəndə heyətinin tərkibinə seçildim. İlk olaraq Elnurla Samirin promoturlarını, çəkilişlərini və s. işıqlandırdıq. Birinci gündən nümayəndə heyətinin tərkibindəyəm və nə yaxşı ki, varam və nə yaxşı ki, bu sevinci yaşayanlardan biri mən oldum (qalibiyyəti nəzərdə tutur-red A.Ə.).

- “Eurovision” müsabiqəsindən danışmışkən, bu il Azərbyacandan şərhçi kimi həm siz, həm də Hüsniyyə getdi. Amma əvvəllər belə olmamışdı. Bu dəyişiklik gözlənilirdimi?

- Əslində sərt qayda-qanun yoxdur ki, bir il mütləq birimiz, o bir il digərimiz gedəcəyik. Həmişə elə olubdur ki, mən gedəndə Hüsniyyə qalıb və ya Hüsniyyə gedəndə mən qalmışam. Bu dəfə, İsmayıl müəllim sağ olsun, qərara aldı ki, ikimiz də gedək. Onsuz da ölkə adından xalları Safura deyəcəkdi. Həm də bu il hər ikimiz seçim turlarını apardıq. Həftənin 5 günü ikimiz canlı yayımda olduq. Ona görə bəlkə də ora hər ikimizin getməyi bir növ bizim zəhmətimizin müqabilində bizə verilən qiymət, minnətdarlıq idi. Eyni zamanda, ilk dəfə idi ki, biz hər ikimiz şərh edirdik. Müəyyən vaxtlarda başqa tərəf müqabillərim də olub. Məsələn, mən “Eurovision”u ilk dəfə Murad Ariflə şərh etməyə başladım. Sonra Bakıdan şərh edərkən Vaqif Gərayzadə mənim bir il tərəf müqabilim oldu. Amma Hüsniyyə ilə ikimizin bir efir aparmağımız, şərh etməyimiz birinci dəfə idi. Nə yaxşı ki, uğura calandı. Düzdür, mən Eldar və Nigarın şəhərə gəlişlərini, keçdiyi məşqləri lentə almaq üçün üçün bir az öncə getmişdim. Daha sonra Hüsniyyə nümayəndə heyəti ilə gəldi. Yəni ikimiz də getdik, ikimiz şərh elədik, ikimiz də qalibiyyəti gətirdik.

- “Eurovion-2011” final günü ikiniz də birlikdə şərh etməyə başladız. Lakin sonradan xallar veriləndə Hüsniyyə getdi və siz qaldız. Qalibiyyət zamanı sevincinizi bölüşmək üçün hey nümayəndə heyətinin yanında olmaq istədiyinizi bildirirdiniz. Orda tək olmaq, sevinci kimləsə bölüşə bilməmək sizə çox ağır idi?

- Bilirsiz, şərhçi otağı çox həyacanlı yerdir, adam sevincini kimləsə bölüşmək istəyir. Bu həyatda da belədir. Finalı Hüsniyyə ilə bərabər aparmağa başladıq. Amma artıq planlaşdırılmışdı ki, müəyyən vaxtdan sonra Hüsniyyə “green room”a gedəcək. Və mən bütün o sevinci, kövrəkliyi tək yaşamalı oldum. Əslində tək olmağım bir müsbət cəhəti odur ki, mənim dəli kimi qışqıran vəziyyətimi özümdən başqa heç kim görmədi. Amma pis cəhəti odur ki, həmin vaxt sevincimi kimləsə bölüşə bilmədim. Öz-özümə qışqıra-qışqıra, ağlaya-ağlaya yerimdə qaldım. Sonra məni dərhal səhnəyə apardılar. Çünki qalib ölkənin şərhçisi qaliblərlə ilk müsahiqə hüququnu əldə edir. Ona görə mən efiri bitirən kimi dərhal aşağı düşdüm, onlarla ilk müsahibəni özüm etdim. Bu çox həyacanlı idi.

- Azərbaycanın qalib olacağını gözləyirdinizmi?

- Bəlkə də banal səslənəcək. Məşhur ifadə var “general olmaq istəməyən əsgər pis əsgərdir”. Biz də ilk qatıldığımız ildən iddialıyıq ki,  birinci olaq, ilk üçlükdə olaq. Xöşbəxtlikdən biz ilk ildən onluqda idik. Ondan sonrakı illərdə nəinki onluqdan çıxmaq, heç geriləmək  ixtiyarımız yox idi. Bu il həqiqətən bütün bukmeyker kontorları, bütün ekspertlər bizə lider yerləri vəd edirdilər. Deyirdilər ki, “duet çox maraqlıdır, burda bir çox maraqlı cəhətlər var. Onlardan biri də tipajlardır”. Eldar da, Nigar da olduqca Avropaya yaxın tipajlardır, həm sima baxımından, həm ünsiyyət qurmaq bacarığı, həm davranış. Bunlar tipik azərbaycanlı da deyillər, tipik avropalı da deyillər. Bunlar hər bir kəsin, o cümlədən avroplaının yaxın sayacağı, doğma görə biləcəyi tipajlardır. Bəlkə bu tərəfdən də bizim müəyyən üstünlüyümüz var idi. Əlbəttə ki mahnı, qurulmuş performans, səhnə tərtibatı- bütün bunlar hamısı rol oynayırdı.
Biz şəhərə gələndə fan-klubların reytinqlərini, bukmeykerlərin verdikləri qiymətəri müşahidə edirdim. Baxırdım ki, ölkəmizə müəyyən yüksək xallar verilir. Amma ikinci yarımfinaldan sonra mübarizə meydanına İrlandiya atıldı. İrlandiya qəfil sanki liderə çevrildi. Əkz qardaşlar hamının haqqında ən çox danışdığı təmsilciyə çevrildi. Bu zaman fikirləşdik ki, deyəsən birincilik bunların ya da Fransanın olacaq. Çünki Fransa həddindən artıq səs toplayırdı. Bizə bir növ rəqiblərdən biri də Fransa idi, digərini bəlkə də Ukraynanı görmək olardı. Yəni tipaj baxımından nömərlərimizin oxşar olaması və s.
Finala gələndə artıq özümüzdə təxmin etmişdik ki, ilk üçlük ola bilər. Bu idddia ilə biz otağa daxil oldmuşduq. Amma ilk başlayanda, Rusiyanın siması Dima Bilan bizə 12 xal verəndə ürəyimizə nəsə damdı ki, başlanğıcdan bu uğura calanacaq və həqiqətən də elə oldu. Deyə bilmərəm ki, bizə çoxlu 12 və ya 10 xallar verdilər. Çəmi üç ölkə 12 xal verdi. Amma elə ölkə olmadı ki, bizə xal verməsin. Bəlkə də mən yaxşı xatırlamıram, orda eyforiya halında idim. Amma 1 xalımız da var idi, 12 xalımız da. Bizdə həqiqətn dama-dama göl oldu.

- “Eurovision”da səhnə arxası maraqlı, heç kimin görmədiyi (izələyənlərin) yadda qalan hadisələr olubmu?

- Bizim orda hər gün nəsə maraqlı hadisələrimiz baş verirdi. Ümumiyyətlə qeyd etməliyəm ki, “Eurovision” müsabiqəsində təmsil olunan ölkələr arasında ən böyük nümayəndə heyəti bizim idi. Biz gələndə hamı bilirdi ki, bu hansı ölkəyə aiddir, bunlar azərbaycanlılardır. Hətta mətbuatın işlədiyi “pressroom”a gələndə belə bizim gəlşimizdən bəlli olurdu ki, bəli bunlar azərbaycanlılardır, çoxdular. Əlbbəttə ki, hər günümüz bir əyləncə idi. Əyləncə çox idi, amma iş də çox idi.

- Hüsniyyə ilə çox vaxt sizi “siam əkizləri” adlandırırlar. Bunun tarixçəsi necədir?

- Bu çox qəribədir. Hüsniyyə ilə mənim zahiri görünüşcə heç oxşarlığımız yoxdur, mən belə düşünürəm. Hətta “Facebook”da belə lövhəyə yazırlar ki, “siz bacısız?”. Başa düşə bilmirəm ki, bizi hansı meyarlara görə oxşadırlar. Ümumiyyətlə, biz bir-birimizə oxşamırıq. Sadəcə, Hüsniyyə də mənim kimi əsas televiziya fəaliyyətinə burdan başlayıb. İkimiz də bura eyni vaxtda, eyni ildə gəlmişik. Nümayəndə heyətinin tərkibində olan üzvlər kimi eyni vaxtda “Eurovision” müsabiqəsinə qatılmışıq. Bu il xüsusilə, “Eurovision” müsabiqəsinin İTV-də yayımlanan seçimlərini bir gün o, bir gün mən, bəzən əhəmiyyətli finalları bərabər aparırdıq. Bizi deyəsən ilk dəfə “Trend life” agentliyinin verdiyi məqalədə “siam əkizləri” adlandırdılar. Almaniyaya gedəndə də şəkillər çəkdirəndə deyirdim ki, bax yenə “siam əkizləri” yanbayan dayanıb.

- Beyninizdə gerçəkləşdirmək istədiyiniz proyektləriniz var?

- Əlbəttə var. Birinci növbədə bu “Eurovision”un özüdür. Çünki biz nə qədər istəyirdiksə,  “Eurovision” Azərbaycana gəlsin, bir o qədər də onun çətinliyini anlayırdıq. Televiziya daim hərəkət, daim inkişaf tələb edən sahədir. Bu il bu mövsümü başa vurandan sonra müəyyən fikirlərim, müəyyən layihələrim var və bunlar hamısı yeni mövsümə aid olacaq. Sentyabr ayından yayımlanmasını düşündüyüm layihəm var, amma onun haqqında danışmaq istəməzdim. Çünki mövzu hələ çox çiydir, bişirilməyib. Onu deyə bilərəm ki, musiqili, əyləncəli axşam şousu olacaq.

- İctimai televiziyanın çəkdiyi filmlərdə rol almısınız?

- Deyə bilmərəm ki, ən böyük arzularımdan biri filmə çəkilməkdir. Bu belə deyil. Bu illəri Yeni il bayramında bütün aparıcıların iştirak eləməli olduğu film çəkilirdi, amma nəsə imtina etdim. Bu yaxınlarda yenə belə bir dəvət aldım. Yenə imtina etdim deməyəcəm, ən azından heyətə hörmətsizlik olar. Çəkilmək istəməməyimin səbəbi bəlkə də özümü aktyor kimi görə bilməməyimdir, bəlkə də düşünürəm ki, bu sahədə özünü təsdiq edən və ya öz sözünü deyən daha peşəkar insanlar var. Peşəkar aktrisa kimi özümü görmürəm, ümumiyyətlə oynamaq keyfiyyəti məndə yoxdur. Çox sağ olsunlar ki, o insanlar məni o obrazlarda görür.

- Bəs özünüzü jurnalistikadan başqa hansı sahələrdə sınamaq istərdiniz?

- Çox istərdim ki, mən öz sahəmdə özümü təsdiqləyərdim. İxtisasca dirijoram. Bəlkə də televiziyadan çox istəyirəm ki, o sahədə öz sözümü deyə bilim. Çünki uşaq yaşlarından məşğul olduğum, mükəmməl təhsil aldığım sahədir. Və bilirəm ki, nə vaxt o sahəyə düşsəm, özümü balıq özünü suda hiss edən kimi hiss edəcəm. Bilirəm ki, o sahədə deyəcəyim və deyə biləcəyim sözlər çoxdur. Ölkədə şükürlər olsun ki, bütün sahədə inkişaf gedir. Yəqin ki, bu klassik müsiqiyə də sirayət edər və və mən də səhnədə öz sözümü deyə bilərəm.

- Novruz bayramında İTV-nin daha bir layihəsində müğənni Samirə ilə çox gözəl mahnı oxudunuz və yaxşı da alındı. Bundan istifadə etmək istəmisiniz?

- Müğənni kimi də özümü görmürəm, baxmayaraq Konsertvatoriyaya qəbul olunanda birinci kurs sırf vokal şöbəsinə Xuraman Qasımovanın şöbəsinə daxil oldum, bir il oxudum. Amma mənə elə gəlir ki, ölkədə müğənni qıtlığı yoxdur. Şükür, hansı kanala çevirirsən, alimdən çox müğənni görürsən. Bizim o layihə eksprement, bayram töfhəsi idi. Sağ olsun Samirə xanım, mənlə oxumağa razılıq verdi. Uşaqlıqdan “Cangüdən” filmini hamı izləyib. Həmin filmdən Uitni Hyustonun ifa etdiyi mahnını yəqin sevməyən yoxdur. İfanı hamı bəyəndi, amma bilirəm ki, minuslar da çox idi.

- Şəxsi həyatınıza keçək. Bildiyimiz qədər öz sahənizdən olan bir nəfərlə ailə qurmusunuz. Ətraflı danışa bilərsiniz? Necə tanış olmusunuz?

- Əvvəldə qeyd etdim ki, İctimai Televiziya nə qədər mənə müsbət cəhətlər veribsə, biri də mənim ailəmdir. Burada tanış olmuşuq, bərabər işləyirik, hətta bərabər “Eurovision”a getdik. Bütün səfərlərə biz birlikdə gedirik, o rejissor, mən bəzən müxbir, bəzən aparıcı kimi. Bəlkə də bizim burada birlikdə işləməyimiz bizə bir çox cəhətlərdən sərf edir. İncəsənət sahəsində işləyən xanımlara ailə qurmaq çətin olur, çünki birinci növbədə gərgin qrafik, bütün vaxt səfərlər, gec qutaran çəkilişlər, müəyyən ezamiyyələr və s. çox zaman anlaşılmır. Amma əgər ailənin hər iki üzvi bərabər işləyir və o işi görürsə, problem olmur. Bizdə də yoldaşım mənimlə işləyir, səfərlərə birlikdə gedirik, bilir mən kimlə işləyirəm, hardayam və ya hansı çəkilişdəyəm. Dəqiq say bilmirəm, amma İctimai Televizyada ailələrin çoxu burda tanış olub yaranan ailələrdir. Onu deyə bilərəm ki, buranın mühiti ailə qurmaq üçün münbitdir. Unutdum, bir də balaca qızım var, mayın 16-da 1 yaşı oldu, adı İradədir.

- Ailə, uşaq, jurnalistika həyatı, hamısı birlikdə çətinlik yaratmır ki?

- Çox çətindir. İndiyə qədər o çətinliyi hiss edə bilməzdim, çünki uşaq yox idi. Özümə aid insan idim, qrafikimi özüm düzüb-qoşa, istədiyim vaxt dəyişə bilərdim.Amma indi belə deyil. İki ay “Eurovision”la bağlı burada olmadım və mənəvi tərəfi götürsək, dəhşətli dərəcədə mənim üçün çətin idi. Hər ana mənim həmin anımı anlayar. İndi də çox çətindir. Dayə baxır, amma o ana deyil. Çətindir, amma çalışıram ki, onların heç birinə zərər dəymədən aparım.

- Ev işləriylə məşğul ola bilirsinizmi?

- Yox, Allah anama cansağlığı versin. Bütün işləri o edir. Ümumiyyətlə, mətbəxə girmirəm, demirəm bacarmıram, sadəcə vaxt olmur. Mətbəxə həm girmirəm ki, yeməyim, həm də girmirəm ki, bişirməyim.

- Hobbiniz nədir? Boş vaxtlarınızda neyləyirsiniz?

- Şopping etməyi, filmlərə baxmağı sevirəm, janr səddi, çərçivəsi yoxdur. Səyahət etməyi də sevirəm. Amma bu elə də ucuz əyləncə deyil, yəni həmişə qismət olmur. Amma indi İctimai Televiziyanın həvalə etdiyi ezamiyyələr sahəsində çalışırıq ki, biz də nəsə görək, öyrənək.





Aytən ƏLİYEVA


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bolqarıstanda Novruz bayramı qeyd olunub
18.03.2019, 23:22

Bolqarıstanda Novruz bayramı qeyd olunub

Deputatın  oğluna daha bir vəzifə verildi
18.03.2019, 23:14

Deputatın  oğluna daha bir vəzifə verildi

Qatar qəzasında 24 nəfər öldü
18.03.2019, 22:57

Qatar qəzasında 24 nəfər öldü

Niderlandda atışma: 3 ölü
18.03.2019, 22:36

Niderlandda atışma: 3 ölü

Şuranın tətbiq etdiyi yeniliklər AÇIQLANDI
18.03.2019, 22:22

Şuranın tətbiq etdiyi yeniliklər AÇIQLANDI

Mərkəzi Asiyanın ən iri məscidi Qazaxıstanda tikiləcək
18.03.2019, 22:08

Mərkəzi Asiyanın ən iri məscidi Qazaxıstanda tikiləcək

Yol polisi əməkdaşı ər-arvadı belə döydü - VİDEO
18.03.2019, 21:50

Yol polisi əməkdaşı ər-arvadı belə döydü - VİDEO

Azərbaycan demokratiya yolunda inamla irəliləyir
18.03.2019, 21:35

Azərbaycan demokratiya yolunda inamla irəliləyir

Sumqayıtda 57 yaşlı kişi itkin düşdü - FOTO
18.03.2019, 21:16

Sumqayıtda 57 yaşlı kişi itkin düşdü - FOTO

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır
18.03.2019, 20:59

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb
18.03.2019, 20:42

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb
18.03.2019, 20:30

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR
18.03.2019, 20:17

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı
18.03.2019, 20:04

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov
18.03.2019, 19:50

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 
18.03.2019, 19:36

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar
18.03.2019, 19:28

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR
18.03.2019, 19:20

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi
18.03.2019, 19:12

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı
18.03.2019, 19:04

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi
18.03.2019, 18:56

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ
18.03.2019, 18:48

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”
18.03.2019, 18:40

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək
18.03.2019, 18:32

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək

Oğurluq edən yeniyetmə saxlanıldı
18.03.2019, 18:24

Oğurluq edən yeniyetmə saxlanıldı

Xəzər dənizində zəlzələ olub
18.03.2019, 18:16

Xəzər dənizində zəlzələ olub

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər
18.03.2019, 18:08

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər

Film ssenariləri müsabiqəsi elan olundu
18.03.2019, 18:02

Film ssenariləri müsabiqəsi elan olundu

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb   
18.03.2019, 17:58

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb  

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı   
18.03.2019, 17:46

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı  

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb   
18.03.2019, 17:32

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb  

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR
18.03.2019, 17:21

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR

Nazirlik bir həftədə 61 təlim keçirdi
18.03.2019, 17:20

Nazirlik bir həftədə 61 təlim keçirdi

Kooperasiya Universitetində bayram tədbiri - FOTO
18.03.2019, 17:19

Kooperasiya Universitetində bayram tədbiri - FOTO

QHT Şurası müsabiqənin nəticələrini açıqladı   
18.03.2019, 17:18

QHT Şurası müsabiqənin nəticələrini açıqladı  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.03.2019, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev
18.03.2019, 17:14

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR
18.03.2019, 17:06

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR

Nazir:
18.03.2019, 16:53

Nazir: "Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyevin heykəllərinin qoyulması üçün işlər gedir"  

Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18.03.2019, 16:48

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi
18.03.2019, 16:45

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır
18.03.2019, 16:26

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
18.03.2019, 16:19

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur
18.03.2019, 16:12

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur

Deputat seçicilərinə bayram sovqatı çatdırdı
18.03.2019, 16:06

Deputat seçicilərinə bayram sovqatı çatdırdı

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA
18.03.2019, 16:02

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA

Hollandiyada terror: Ölən və yaralananlar var
18.03.2019, 15:58

Hollandiyada terror: Ölən və yaralananlar var

Bahar Muradova Horadizdəki Novruz şənliyinə getdi
18.03.2019, 15:42

Bahar Muradova Horadizdəki Novruz şənliyinə getdi

Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı
18.03.2019, 15:41

Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı

Azərbaycan elmi məqalə sayına görə Cənubi Qafqazın lideridir
18.03.2019, 15:32

Azərbaycan elmi məqalə sayına görə Cənubi Qafqazın lideridir

ARXİV