Modern.az

Mətbuat Şurasında NTK sədri və katibi seçildi

Mətbuat Şurasında NTK sədri və katibi seçildi

Media

Bu gün, 14:50

Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının (NTK) yeni tərkibinin ilk iclası keçirilib.

Modern.az xəbər verir ki, toplantıda jurnalistlərinin bu il oktyabrın 16-da keçirilmiş IX qurultayında NTK-ya seçilən 5 nəfərdən ibarət tərkib iştirak edib.

Müzakirələrdən sonra Rey Kərimoğlu yenidən NTK-nın sədri, Nadir İsmayılov isə katibi seçilib.

Komissiya üzvləri IX qurultay iştirakçılarına onlara göstərilən etimada görə təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının tərkibinə sədr R.Kərimoğlu və katib Nadir İsmayılov ilə yanaşı, “Vətən səsi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Elşən Əliyev, “Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanov və Crossmedia.az portalının baş redaktoru Mübariz Göyüşlü daxildirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu