Modern.az

Həbsdəki jurnalist əməliyyat olunub

Həbsdəki jurnalist əməliyyat olunub

Media

Bu gün, 14:19

“Meydan TV” işi üzrə 2024-cü ilin dekabrından həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat edilib.

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib. O, jurnalistin dünən əməliyyat olunduğunu qeyd edib.

Vəkilin sözlərinə görə, əməliyyat Penitensiar Xidmətin hospitalında aparılıb. A.Elgünəşin yenidən Kürdəxanı təcridxanasına qaytarılacağı gözlənilir.

Z.Sadıqova deyib ki, A.Elgünəşin əməliyyatdan sonra bir müddət həkim nəzarətində qalmağa ehtiyacı var.

A.Elgünəşin bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?