Modern.az

İslam Partiyasının sədri tutulub

İslam Partiyasının sədri tutulub

Təhsil

8 Yanvar 2011, 15:30

Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov polisə müqavmət göstərməkdə ittiham olunaraq saxlanılıb.
Bu barədə Modern.az-a AİP-in mətbuat xidmətinin rəhbəri hacı Akif Heydərli bildirib. Onun sözlərinə görə, ötən axşam qərargahdan evə gedərkən Mövsüm Səmədovla birgə, sədr müavini Vaqif Abdullayev, AİP üzvü Elçin Həsənov və sədrin sürücüsü Mirhüseyn Kazımov da saxlanılıb.

Həbs olunanlar əvvəlcə Nərimanov rayon 18 saylı polis bölməsinə aparılıb. Bundan sonra məhkəmə qarşısına çıxarılan 3 nəfərə 10 sutka həbs cəzası verilib.

Partiya sədri Mövsüm Səmədovu isə hazırda Milli Təhlükəsizlik Nazirliyində saxlanıldığını deyən hacı Akif Heydərli bildirib ki, polisin saxladığı partiya sədrinin MTN-ə aparılmasının səbəbləri ona aydın deyil.

Hüquq-mühafizə orqanları həbsin səbəbləri barədə hələki açıqlama verməyiblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı