Modern.az

“Firidun bəy Köçərli” mükafatı Ülkər Səttarovaya təqdim edildi 

“Firidun bəy Köçərli” mükafatı Ülkər Səttarovaya təqdim edildi 

Təhsil

8 May 2024, 15:50

Bu gün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya “Firidun bəy Köçərli” mükafatı təqdim edilib.

 

Modern.az xəbər verir ki, agentlik direktoru AzEdu.az Təhsil Portalının təsis etdiyi bu mükafata “Təhsilin idarəedilməsi və inkişafındakı xidmətlərinə görə” layiq görülüb.


Ümumən bu mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.


Mükafat AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı tərəfindən təqdim edilib.


Qeyd edək ki,"Firidun bəy Köçərli" adına mükafata bu il Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Fazil Mustafa, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, Şəhid anası, Zaqatala rayonu Aşağı Tala 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Qazıyeva, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Professor Zahid Məmmədov, Təhsil eksperti Elçin Əfəndiyev, Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin direktoru Nəsimi Quliyev, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Əmrahova layiq görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi