Modern.az

Nazir DİM-lə əməkdaşlıqdan danışdı: Təhsilə müsbət təkan verir

Nazir DİM-lə əməkdaşlıqdan danışdı: Təhsilə müsbət təkan verir

Təhsil

8 May 2024, 00:20

"Dövlət İmtahan Mərkəzi (DİM) ilə koordinasiya olunmuş əməkdaşlıq Azərbaycan təhsilinə müsbət mənada təkan verir".

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.

 

O bildirib ki, təhsil sahəsində qiymətləndirmə kənar qurum tərəfindən aparılmalıdır və bu baxımdan DİM ilə əməkdaşlıq olduqca vacibdir: 

 

"Dövlət İmtahan Mərkəzində çalışan həmkarlarıma onların peşəkar roluna görə təşəkkür edirəm. Bir neçə il ərzində DİM ilə Elm və Təhsil Nazirliyi arasında çox müsbət və işçi mühit formalaşıb. Çünki bizim müəyyən etdiyimiz təhsil hədəflərinin düzgün ölçülməsi olduqca vacibdir. İkinci tərəfdən, DİM ölkəmizdə ən unikal dövlət qurumlarından biridir. Artıq bir neçə onillikdir ki, orada müxtəlif yaşda olan insanların bacarıq və səriştələri ilə bağlı məlumat toplanır və zaman keçdikcə bu məlumat bir az da qiymətli olur. Çünki o məlumatlar sayəsində insanların istər iş yerləri, istər əməkhaqqıları, istərsə də həyatda uğurlu və ya uğursuz olmalarını tədqiq edə bilirik. Bu məlumatlar zəngin elmi xəzinədir. Zaman-zaman DİM-in bu tipli məlumatlarından qərarvermədə istifadə edirik. İdarəetmə üçün ən vacib məsələ məlumatdır, çünki kor-koranə qərar vermək doğru deyil. Bu baxımdan DİM-in fəaliyyəti bizim qərarlarımızın səmərəliliyini artırır. İnanıram ki, növbəti mərhələlərdə də əməkdaşlığımız məhz bu minvalla davam edəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi