Modern.az

"Belə bir adamın hansısa siyasi bəyanat verməsi qeyri-ciddidir”

"Belə bir adamın hansısa siyasi bəyanat verməsi qeyri-ciddidir”

Aktual

30 İyun 2016, 17:34

“Corc Sorrosun fəaliyyəti nəticəsində iri koorporasiyalar dünyanın bir çox bölgələrində, xüsusən də Afrikada iri gəlirlər əldə etməsi və sadə xalq arasında yaranan aclıq, səfalət, hərc mərclik vəziyyəti göz önündədir. İndi belə bir adamın hansısa siyasi bəyanat verməsi qeyri-ciddidir.”

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib. Millət vəkili qeyd edib ki, Sorosun siyasi bəyanat verməsi onun istimarçı siyasətini və gəlir yolları əldə etmə məqsədini bir daha ortaya qoyur.

“Ölkəmizə qarşı olan bu mövqeyin səbəbi odur ki, Azərbaycan dövləti belə şəxslərin vətəndaşlarımızın müflisləşməsi hesabına ölkəmizdə gəlirlər əldə etməsinə imkan verməyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyün bərpası istiqamətində atdığı addımlara müxtəlif vasitələrlə mane olmağa çalışan, eyni zamanda ölkə daxilində hərc-mərclik formalaşdırmaq cəhdləri nəticəsində Azərbaycan hökuməti bu maliyyə fırııdaqçısının fəaliyyətinə xitam vermişdi.”

Fuad Muradov qeyd edib ki, Sorrosun adın olan yerlərdə böhran, hərc-mərclik halları geniş vüsət alıb.

“Bu adamın fəaliyyəti harda varsa o ölkələrdə daxili münaqişələrin artdığının şahidi oluruq. Eyni zamanda maliyyə fırıldaqları edən bu adam üçün pul qazanmaq etirası bütün maraqlardan üstündür.”

Bu gün belə bir keyfiyyətlərə malik olan adamı Azərbaycana qarşı istifadə etmək istəyən qüvvələr, həmçinin buna daxildən dəstək verən bəziləri anlamalıdır ki, bizim üçün ölkəmizin milli maraqlarından üstün heç bir amil yoxdur. Yaxşı olar ki, istər daxili, istərsə də xarici qüvvələr xalqımızın istənilən məsələdə ölkə başçısının ətrafında sıx birləşdiyini anlasınlar. Bilsinlər ki, bu cəhdlər sabun köpüyündən başqa bir şey deyil.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir