Modern.az

Azərbaycanla Argentina arasında müzakirələr

Azərbaycanla Argentina arasında müzakirələr

Aktual

1 May 2024, 20:52

Azərbaycanla Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupun ikinci iclasının keçirilməsinə dair müzakirələr aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “X” hesabında bildirib.

 

“Argentinanın Buenos Ayres vilayətinin deputatı Nahuel Sotello ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, o cümlədən sərmayələrin təşviqi və vergilər sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan və Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupun ikinci iclasının keçirilməsinə dair müzakirə apardıq”, - E.Əliyev bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək