Modern.az

Türkiyə müdafiə naziri də ABŞ-dan Fətullah Güləni İSTƏDİ

Türkiyə müdafiə naziri də ABŞ-dan Fətullah Güləni İSTƏDİ

Dünya

20 İyul 2016, 12:57

Türkiyənin müdafiə naziri Fikri İşıkla ABŞ-ın müdafiə naziri Eşton Karter arasında telefon danışığı olub.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Fikri İşık deyib ki, Türkiyə Silahlı Qüvvələrinin içərisindəki Fətullahçı terror təşkilatının (FETÖ) bir qrup üzvü ölkənin konstitusion quruluşuna, xalq tərəfindən seçilmiş prezidenti və hökumətinə qarşı hərbi çevrilişə cəhd göstərib.

Türkiyəki nazir ABŞ-a bu planın uğursuzluğa uğramasından sonra Türkiyəyə verdiyi dəstəyə və həmrəyliyə görə təşəkkür edib.  

O, bildirib ki, ABŞ FETÖ-nun rəhbəri Fətullah Gülənə daha da mülayim davranmamalı, onu qısa müddətdə Türkiyəyə ekstradisiya etməlidir.

Nazir hazırda ölkədə hər şeyin nəzarət altında olduğunu, "İncirlik" hərbi bazasına elektrik verilişində yaranmış texniki problemlərin də qısa müddətdə aradan qaldırılacağını əlavə edib.

Eşton Karter isə ABŞ hökumətinin Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınmasından məmnun olduğunu bildirib.

Amerikalı nazir deyib ki,  xalqın demokratik dəyərlərə və hüququn aliliyinə verdiyi dəstək təqdirəlayiqdir:

"Fətullah Gülənin Türkiyə ekstradisiyası Pentaqonun səlahiyyətinə aid bir məsələ olmasa da, bununla bağlı həssaslığınızı başa düşürük.

Bu məsələylə bağlı ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub. ABŞ Türkiyəyə hərtərəfli dəstək verməyə hazırdır". 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir