Modern.az

“Türkiyə təhlükəsizlik sistemində boşluqlar var”

“Türkiyə təhlükəsizlik sistemində boşluqlar var”

24 İyul 2016, 00:06

“Rusiya çevrilişə cəhd zamanı Türkiyə demokratiyasına ən çox dəstək verən ölkələrdən biri olub. Bir çox ölkə Türkiyədə demokratiyaya dəstək mesajları göndərmişdilər. Rusiya ən çox dəstək verən ölkələrdən biri olub”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib. 

M.Çavuşoğlu etiraf edib ki, Türkiyə təhlükəsizlik sistemində boşluqlar var: “Çevriliş cəhdi barədə yalnız  ehtimallar olsaydı belə, prezident lap əvvəldən bu barədə xəbər tutmalı idi. Son hadisələr Türkiyə rəhbərliyi üçün dərs olub. Vətəndaşların bu cür təhdidlərlə bir daha üzləşməməsi üçün bütün lazımi tədbirlər görüləcək”.   

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır