Modern.az

ANS Ali Məhkəməyə şikayət etdi

ANS Ali Məhkəməyə şikayət etdi

1 Avqust 2016, 17:05

 ANS məhkəmə qərarından kassasiya şikayəti verib.

 

Bu barədə Modern.az-a ANS Şirkətlər Qrupundan məlumat verilib.

 

Şirkətlər Qrupunun Hüquq Xidmətinin rəisi Sevda Məhərrəmovanın bildirdiyinə görə, ANS bu gün Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 iyul 2016-cı il tarixli, 2-1(103) 1846 / 16 saylı qərarından kassasiya şikayəti təqdim edib.

Məhkəmə prosesinin vaxtı ilə bağlı əlavə məlumatlar yaxın günlərdə veriləcək.

 

Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsi iyulun 29-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərar qəbul edib.


 Ağa Akifoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir