Modern.az

Ali məktəblərin boş yerlərinə və kolleclərə ixtisas seçimi başladı

Ali məktəblərin boş yerlərinə və kolleclərə ixtisas seçimi başladı

15 Avqust 2016, 09:54

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 15-dən 19-dək internet vasitəsilə ixtisas seçimi elan edib.

Modern.az xəbər verir ki. ixtisas seçim cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 5-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.

Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər seçə bilərlər. 

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da seçmək imkanı verilir. 

Ali təhsil müəssisələrinin “Təsviri sənət”, “Dekorativ-tətbiqi sənət və dizayn”, “Heykəltəraşlıq” komissiyalarında qabiliyyət imtahanından topladıqları yekun balları 3 və daha yüksək olan, “Təsviri incəsənət müəllimliyi”, “Bədən tərbiyəsi və idman”, “Fiziki tər­bi­yə və gənclərin çağırışaqədərki ha­zır­lığı” komis­siya­ların­da isə “məqbul” alan abituriyent­lər orta ixtisas təhsili müəssisələrinin mü­va­fiq ixtisasları üzrə müsa­biqədə iştirak edə bilər­lər.

***

Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub.


TQDK tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə avqustun 15-dən 19-dək ixtisas seçimi aparılır.

İmtahanların nəticələrinə görə ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtləri aşağıdakı kimidir:

I qrup ixtisaslarının boş qalan yerlərinin müsa­biqəsində ümumi balı 200-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

"Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə müsabiqədə ümumi balı 300-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

II qrup ixtisaslarının boş qalan yerlərinin müsabiqəsində ümumi balı 200-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq (regionlar üzrə)” ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin "Regionşünaslıq (regionlar üzrə)" ixtisası üzrə xarici dil fənni istisna olmaqla).

III qrup ixtisaslarının boş qalan yerlərinin müsabiqəsində ümumi balı 200-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisası üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

IV qrup ixtisaslarının boş qalan yerlərinin müsabiqəsində ümumi balı 200-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəs­sisə­ləri­nin və orta ixtisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları//eservices.tqdk.gov.az/erizebak/ixtisas2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təh­silini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir