Modern.az

Həmsədrdən AÇIQLAMA: “Prezidentlər növbəti görüşə hazır olduqlarını təsdiqlədilər  

Həmsədrdən AÇIQLAMA: “Prezidentlər növbəti görüşə hazır olduqlarını təsdiqlədilər”   

Qarabağ

16 Avqust 2016, 11:35

“Putinin və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin qarantı kimi çıxış etməsi səylərini alqışlayırıq.

 

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

 

O bildirib ki, Dağlıq Qarabağda təhlükəsizliyi təmin etmək məqsədilə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi həmişə münaqişənin həllinin bir hissəsi kimi nəzərdən keçirilib.

 

C.Uorlik qeyd edib ki, ATƏT-in Minsk qrupu növbəti görüşün təşkili üçün Azərbaycan və Ermənistan prezidentləri ilə əlaqə saxlayır:

“Vyana və Sank-Peterburqda görüş zamanı Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesində irəliləyişə nail olmaq üçün növbəti görüşə hazır olduqlarını təsdiqlədilər. Biz prezidentlər arasında növbəti görüşün təşkili üçün imkanlar axtarırıq və hər iki ölkənin prezident və Xarici işlər nazirləri ilə əlaqə qururuq”.

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı