Modern.az

“Böyük İpək Yolu” yeni beynəlxalq layihə həyata keçirir - FOTOLAR

“Böyük İpək Yolu” yeni beynəlxalq layihə həyata keçirir - FOTOLAR

Aktual

29 Avqust 2016, 12:09

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı “Beynəxalq Gənclər Düşərgəsi” keçirir. Dünyanın müxtəlif ölkələrindən, fərqli mədəniyyət və dinlərə sahib gənclərin toplaşdığı düşərgə çərçivəsində iştirakçılar  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Heydər Əliyev Mərkəzi, bir sıra mədəni -tarixi abidələrlə tanış olublar.

 

İştirakçılara Azərbaycanın zəngin mədəni tarixi, tanınmış şəxsiyyətləri barədə geniş məlumat verilib. Eyni zamanda multukulturalizm, tolerantlıq məkanı olan ölkəmizdə tarixən müxtəlif xalqların mədəniyyətlərarası, dinlərarası dilaloq və sülh şəraitində yaşadığı bildirilirb.

 

Qeyd edək ki, bir həftə ərzində davam edən layihə çərçivəsində gənclərə rasimzm, miqrasiya və qaçqın problemi kimi mövzularda təlimlər, simulyasiya oyunları layihələrin idarə olunmasi olunması ilə bağlı məlumatlar verilib. Layihənin öz işini 31 avqusta yekunlaşdırması nəzərdə tutulub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı