Modern.az

Göyçayda maşın toy çadırına girdi – 5 yaralı

Göyçayda maşın toy çadırına girdi – 5 yaralı

30 Avqust 2016, 10:53

 

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə rayonun Bığır kənd sakini Nuhzadə Polad Tofiq oğlu özünə məxsus 10-BC-929 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə kənddə toy mərasimi keçirilən həyətə gəlib.

 

Özü toy mağarına daxil olandan sonra həmyerlisi Xəlilov Seymur Asif oğlu onun avtomobilini işə salaraq toy çadırına tərəf hərəkət etdirib. Hərəkətdə olan maşın çadıra girib. Nəticədə toy mərasimindəki qonaqlardab 5 nəfər avtomobilin altında qalaraq, ağır xəsarət alıb.

 

Onlardan 1992-ci il təvəllüdlü Rəhimov Orxan Agaməhəmməd oğlu, 1991-ci il təvəllüdlü Salmanov Mehman Murad oğlu və 2004-cü il təvəllüdlü Cəfərzadə Emin Ramin oğlu Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Digər iki nəfərinsə müalicə üçün Bakı şəhərinə aparıldığı bildirilir.


Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir