Modern.az

Balakəndə 26 yaşlı oğlan özünü BIÇAQLADI

Balakəndə 26 yaşlı oğlan özünü BIÇAQLADI

Aktual

31 Avqust 2016, 10:13

Balakəndə 26 yaşlı oğlan intihara cəhd edib.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 30-da saat 22:30 radələrində rayonun Poçtbinə kənd sakini 1990-cı il təvəllüdlü Tinov Musa oğlu Zaxmayev bədənin qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya daxil olub.

 

Məlum olub ki, Tinov Zaxmayev yaşadığı evdə intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib. Tinov Zaxmayevin üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır. 

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı