Modern.az

Tanınmış azərbaycanlı teleaparıcı ərə gedir  

Tanınmış azərbaycanlı teleaparıcı ərə gedir   

Aktual

31 Avqust 2016, 20:14

Rusiya televiziyasında aparıcılıq edən azərbaycanlı İradə Zeynalovanın həyatında tezliklə dəyişiklik olacaq. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Zeynalovanın aparıcısı olduğu proqramdan ayrılmasının səbəbi şəxsi həyatındakı dəyişiklikdir.

 

Onun həmkarına – Birinci kanalın hərbi müxbiri Aleksandr Yevstinqeevə ərə getdiyi məlum olub.

 

Zeynalovanın ətrafındakıların dediyinə görə, İradə ilə gələcək əri arasında sevgi romanı iki il əvvəl yaransa da, cütlük ciddi qərar gələ bilmirdilər. Bu günlərdə isə jurnalist əlini və ürəyini sevdiyi şəxsə verməyə razılaşıb. Toy günü və yerini sevgililər hələ ki müəyyənləşdirməyiblər.

Yevstinqeev İradədən yaşca kiçikdir. Bundan əlavə, o, bir dəfə həmkarı – reportyor Natalya Ustyuqova ilə evli olub. Cütlüyün iki uşağı var.

İradə Zeynalova üçün də bu nikah birinci olmayacaq. Teleaparıcı 10 ildən çox jurnalist Aleksey Samolyotovla evli olub. Onların Timur adlı oğlu var. Cütlük 2015-ci ildə nikahı pozub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır