Modern.az

Azərbaycanda bir neçə kəndi su basdı - FOTOLAR

Azərbaycanda bir neçə kəndi su basdı - FOTOLAR

2 Sentyabr 2016, 15:45

Ötən gün axşam saatlarında şimal regionuna yağan yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb.

 

Modern.az Region TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunda Qaraçayda suyun səviyyəsinin artması nəticəsində rayonunun Qarğalıq kəndini su basıb. Qarabağlı kəndində də yaşayış evlərinə su dolub.

 

Əraziyə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib. Dəyən ziyanının aradan qaldırılması və araşdırılması işlər görülür.

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Niyazabad kəndində yağan leysan yağışları nəticəsində həyətyanı sahələri su basması və 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı