Modern.az

Bred Pitt Colidən boşanmasından danışdı: “O, cəhənnəmin qapısını açdı”

Bred Pitt Colidən boşanmasından danışdı: “O, cəhənnəmin qapısını açdı”

21 Sentyabr 2016, 16:38

Bred Pitt Ancelina Colinin ayrılmaları haqda bəyanatından əsəbiləşib və hesab edir ki, o, övladlarını təhlükə altında qoyub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Hollivud ulduzu həyat yoildaşının boşanma ilə bağlı ərizə ilə müraciətinə reaksiyası sərt olub.

 

Pittin dostlarının sözlərinə görə, o, hiddətlənib: “Ancelina hər şeyiayaqdan başa çevirib və günahı onun üstünə ataraq deyib ki, o, pis atadır və uşaqlar üçün təhlükə yaradır, qəzəb tutmaları keçirir, spirtli içki və siqaretdən istifadəni artırıb”.

 

Pitt son günlər Colini ayrılığı böyümüş adamlar kimi və uşaqların xətrinə səs-küysüz həyata keçirməyi təklif edib. Ancaq həftənin ikinci günü aktrisanın vəkili Robert Offer aşkar şəkildə boşanmaqla bağlı ərizə verildiyini təsdiqləyib.

 

Bred Pitt bundan sonra bəyan edib ki, Ancelina cəhənnəmin qapısını açıb.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir