Modern.az

Xəstə və ahıl seçicilərin referendumda necə səs verəcəyinə aydınlıq gətirildi

Xəstə və ahıl seçicilərin referendumda necə səs verəcəyinə aydınlıq gətirildi

Aktual

22 Sentyabr 2016, 10:04

“Fiziki baxımdan sağlam olmayan insanlar, sağlamlıq durumu yerində olmayan ahıl yaşlı vətəndaşlar səs vermək üçün məntəqələrə gələ bilmədikdə daşınan səyyar səsvermə qutusu onların yanına aparılır”.

Bunu Modern.az-a açıqlamasında  Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli deyib.

 

MSK rəsmisi bildirib ki, sağlamlıq imkanları məhdud şəxslər evdə səs vermək üçün öncə bununla bağlı müraciət etməlidir:

 

“Seçki məntəqəsindən kənardan səs vermək istəyən şəxslər seçkilərin başlamasına ən azı 24 saata qalmışa qədər bu barədə yazılı, yaxud şifahi şəkildə qeydiyyatda olduğu seçki məntəqəsinə müraciət etməlidir.

Məntəqə seçki komissiyası da bu cür müraciətlərə əsasən qanunvericiliyə müvafiq qaydada sağlamlıq imkanları məhdud və fiziki baxımdan səsvermə məntəqəsinə gələ bilməyən ahıl yaşlı insanların səs vermişinə şərait yaradır”.

Ş.Əsədli söyləyib ki, sağlamlıq imkanları məhdud və ahıl yaşlı vətəndaşların seçki məntəqəsindən kənar səs verməsi üçün şahidlər də olmalıdır:

“Əgər seçici məntəqəyə gələ bilmirsə və səsini evdə vermək istəyirsə məntəqə seçki komissiyası buna görə müxtəlif maraqları təmsil edən 200 nəfərin imzası əsasında protokol hazırlamalıdır.

Həmin şəxslərin evdə səsverməsini şahidlərlə yanaşı, KİV nümayəndələri də izləyə bilərlər. Bununla bağlı mediaya da müraciət olunur

Həmin ərizələr əsasında seçki məntəqəsinin əməkdaşları ərizə ilə müraciət edən o şəxslərin evdə səsverməsini təmin edir. Beləliklə də, sağlamlıq imkanları məhdud olan və fiziki baxımdan yaxşı durumda olmayan ahıl vətəndaşlar da seçkidə iştirak edərək səslərini verirlər”.

 

Ağa AKİFOĞLU

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı