Modern.az

“Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyi açıla bilər”

“Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyi açıla bilər”

22 Sentyabr 2016, 12:22

Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyinin olması təklifi edilib.

Modern.az-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri İsmayıl Alpər Coşqun deyib.

Səfir söyləyib ki, Türkiyə ilə Azərbaycan bir-birinə sıx bağlıdır:

“Türkiyə heç vaxt Azərbaycanı maraqlarına zərbə vuran addım atmaz. Türkiyə hər hansı addım atarkən Azərbaycanın maraqlarını nəzərə alır.

Çünki iki ölkənin hədəfləri eynidir. Bəzi fikir ayrılıqları ola bilər. Amma ümumi məsələlərdə fikirlərimiz üst-üstə düşür”.

İ.A.Çoşqun bəzi ölkələrdə Azərbaycanla Türkiyənin eyni səfirliyinin olması təklifi ilə çıxış edib:

“Çünki hədəflərimiz, maraqlarımız eynidir”.

 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü