Modern.az

Füzulidən başlayan səfər Azərbaycanın qələbəsini həzm etməyənlərə MESAJDIR

Füzulidən başlayan səfər Azərbaycanın qələbəsini həzm etməyənlərə MESAJDIR

Ölkə

26 Aprel 2024, 17:48

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərdədir. Dövlət başçısı Berlinə Füzuli Beynəlxalq Hava Limanından gedib.

 

"Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!", - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında yazıb.

 

Dövlət başçısının Füzulidən Berlinə səfəri maraqla qarşılanıb. Səfərin Füzuli Beynəlxalq Hava Limanından başlamasının tarixi-siyasi əhəmiyyəti var.

 

"Bu səfər Azərbaycanın qələbəsini qəbul etməyən şəxslərə də mesajdır"

 

Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə təyyarənin Füzuli aeroportundan başlamasını tarixi hadisə adlandırıb.

 

“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bu ərazilərdə  dinc quruculuq, bərpa işləri sürətlə həyata keçirilir. Bu proseslər içərisində sözsüz ki, yeni salınmış hava limanları və bundan sonra da salınacaq hava limanları xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycanın iqtisadi maliyə gücünün göstəricisi kimi qiymətləndirilir.  Digər tərəfdən bu bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla Azərbaycan dövləti və höküməti işğaldan azad olunan ərazilərdə yeni yanaşmanı təbliğ edir. Bu yeni yanaşma özünü göstərməkdədir. Füzuli hava limanı xaricdən gələn qonaqları, orada keçirilən beynəlxalq maşrutları qəbul etmişdir. 


Bakıda iştirak edən beynəlxalq nümayəndələr bəzən Qarabağa və Şərqi Zəngəzura səfərləri zamanı bu hava limanından istifadə edirdilər. Hava limanın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı göstərdi ki, biz tikib qurduğumuz hava limanı həm də beynəlxalq əhəmiyyət daşıyır.  Cənab Prezidentin Almaniyaya səfərini birbaşa Füzuli Hava limanından etməsi özlüyündə tarixi hadisədir. Avropanın böyük dövlətlərindən olan Almaniya ilə Füzuli şəhəri arasındakı rabitənin göstəricisidir”.

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da açılıb. 16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilib.

 

Mahir Abbasovun sözlərinə görə, tarixi səfərin Füzulidən başlaması Avopada yaşayıb Azərbaycanın qələbəsini qəbul etməyən şəxslərə də mesajdır.

 

"Biz göstəririk  ki, torpaqları işğaldan azad edib, bərpa quruculuq işləri aparırıq. Artıq Avropanın şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir. Bu həm də onu göstərir ki, gələcəkdə Qarabağ və Şərq Zəngəzur rayonlarının iqtisadi yüksəlişlərini artırmaq  məqsədi üçün  Avropa ölkələri ilə birbaşa əlaqələrin yaranmasına  lojistik imkanlar mövcududr. Biz gələcəkdə bu ərazilərin Avropa ilə əlaqələrini yaxşılaşdırmaq məqsədi ilə hava limanlarının verdiyi fürsətlərdən istifadə edə bilərik. Ölkə başçısının Avropa şəhərlərinə uçuşu bunun sübutudur.  Mən inanıram ki, Azərbaycan  dövlətinin apardığı siyasət nəticəsində tikdiyimiz hava limanlarının özünün siyasi, iqtisadi,  hərbi məqsədlərini artıracaq. Şərqi Zəngəzurun və Qarabağın bərpa quruculuq işlərinə  salınmış hava limanları öz töhvəsini  verəcək”.

 

Qeyd edək ki, Füzuli hava limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. 

 

"Azad olunmuş ərazilərin qlobal siyasətə ilk çıxışı"

 

Milli Məclisin deputatı Kamran Bayramov bu tarixi hadisənin siyasi əhəmiyyətini belə qiymətləndirib:

 

“Almaniyaya olan səfərin Bakıdan deyil  işğaldan azad olmuş Füzulidən başlaması azad olunmuş ərazilərin qlobal siyasətə ilk çıxışı kimi qiymətləndirilməli, tarixi hadisə kimi dəyərləndirilməlidir. Füzulidən Almaniyaya səfərin çox mühüm amilləri var. Bu siyasi gediş kimi nəzərə alınmalıdır. Berlinə Füzulidən uçuş böyük siyasi, iqtisadi əhəmiyyət kəsb edir. Siyasi əhəmiyyəti ondan ibarətdir ki,  cənab Prezident bu gedişlə bütün dünyaya çatdırır ki, artıq azad olunan ərazilərimiz tam təhlükəsizdir. Onun səması təhlükəzidir. Eyni zamanda bütün dünya üçün açıq elan olunur”.

 

Deputat Füzulidə Berlinə səfərin iqtisadi əhəmiyyətindən danışıb:

 

“Cənab Prezident artıq dünyanın bütün investorları üçün bir mesaj göndərdi ki, artıq burada xarici  investorların fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Eyni zamanda bunu dəfələrlə deyib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq, tikinti,  yenidənqurma işlərinə bir çox xarici, beynəlxalq şirkətlər maraq göstərir. Almaniya da istisna deyil. Bildiyim qədəri ilə alman  şirkətləri bununla bağlı müəyyən müraciətlər də ediblər. Eyni zamanda ərazilərin yaşıl enerji zonasına çevrilməsinin bəyan edilməsi də ciddi mesajdır. İnvestorlar üçün ciddi siqnaldır. Bu uçuşla Azərbaycan əmin edir ki, bölgə tam təhlükəsizdir. İnvestisiyaların, sərmayələrin yatırılması üçün olduqca əlverişlidir. İqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı bu uçuşla belə bir mesaj verilir ki, Azərbaycan torpaqlarının işğaldan azad edib. Bütün dünya dövlətləri üçün o cümlədən Azərbaycana qərəz münasibəti bəsləyən dairələr üçün mesajdır ki, regionda reallıqlar dəyişib. Regionda artıq sülhün və təhlükəsizliyin əmin amanlığım bərpa olunması üçün bütün şərait var. Bu istiqamətdə Azərbaycan öz fəaliyyətini xarici siyasətini davam etdirəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək