Modern.az

Prezident və ailə üzvləri referendumda səs verdilər

Prezident və ailə üzvləri referendumda səs verdilər

Parlament

26 Sentyabr 2016, 10:01

Bu gün səhər Azərbaycan Prezidenti İlham Əliyev ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsində (referendum) səs verib.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs veriblər.

Prezident və birinci xanımın səsverməsini yerli və mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər.

Xatırladaq ki, bu gün adı siyahıda olan 5 milyon 276 min 111 seçicinin səsvermədə iştirakı gözlənilir.

Qeyd edək ki, referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentləri postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı