Modern.az

Ukraynada azərbaycanlıların öldürülməsi ilə bağlı müraciətə necə cavab verilib?

Ukraynada azərbaycanlıların öldürülməsi ilə bağlı müraciətə necə cavab verilib?

1 Oktyabr 2016, 11:06

"Ukraynada azərbaycanlıların öldürülməsi və digər cinayətlərin baş verməsi ilə əlaqədar Ukraynanın baş prokuroru ilə rəsmi yazışmalarımız var, telefon əlaqəsi yaratmışıq. O, bizim müraciətimizə ciddi yanaşıb".

 

Modern.az xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Ukraynanın baş prokuroru azərbaycanlıların zərər çəkməsi ilə bağlı qaldırılan cinayət işlərini xüsusi nəzarətə götürüb:

 

“Bu yaxınlarda Ukraynadakı Azərbaycan icmasının sədri və digərləri onun qəbulunda olacaqlar. Bütün bu işlərlə bağlı lazımı tədbirlər görülür".

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir