Modern.az

Yerevanda məktəb direktoru intihara cəhd edib

Yerevanda məktəb direktoru intihara cəhd edib

Aktual

24 Oktyabr 2016, 12:32

Yerevandakı “Gənc jurnalistlər” məktəbinin direktoru Vaan Kazaryan oktyabrın 22-də axşam saatlarında özünü öldürməyə cəhd edib. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, o, 22 yaşlı Levon Saakyanın öldüyünü biləndən sonra bu addımı atıb.

 

 

Onun vəkili Marina Farmanyanın sözlərinə görə, Kazaryan sancaq udmaqla özünü öldürməyə çalışıb.

 

Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona elan olunan ittihamı qəbul etmir.

 

Bundan əvvəl verilən xəbərə görə, gələcək həkim Levon Saakyan oktyabrın 19-da “Gənc jurnalistlər” məktəbinin direktorunun kabinetində bıçaqla yaralanıb. 

 

Onun Vaan Kazaryanın təklifi ilə görüşə gəldiyi bildirilir. Mübahisənin işəgötürənin öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən düşdüyü bildirilir.

 

 

Levonun arvadı yayda bu məktəbdə işə düzəlib. Ancaq Kazaryan vəd etdiyi pulu tam həcmdə vermədiyindən Vaanın arvadı onunla əməkdaşlığı dayandırıb.

 

 

Bu mübahisəyə gənc ər də qoşulub. Direktor onunla söhbətdə bütün pulu ödəcəyinə vəd verərək hətta konkret vaxt da bildirib.

 

 

Oktyabrın 19-da direktor Levonu söhbət üçün yanına çağırıb. Ancaq söhbət davaya keçib, 39 yaşlı direktor 22 yaşlı Levona bıçaqla zərbə vurub, onun ürəyini və böyrəyini zədələyib.

 

Saakyan xəstəxanaya yerləşdirilsə də, oktyabrın 21-də ölüb. Vaan Kazaryan isə saxlanılıb.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı