Modern.az

Daxili İşlər Nazirliyi psixoloq axtarır

Daxili İşlər Nazirliyi psixoloq axtarır

Aktual

26 Oktyabr 2016, 16:39

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti-Zəng Mərkəzində vakant olan             psixoloq vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. 

 

         Müsabiqədə dövlət ali təhsil müəssisələrində psixoloq ixtisası almış        (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirmiş və ixtisasları Azərbaycan Respublikasında tanınmış), ixtisas üzrə azı 2 il təcrübəyə malik, yaşı 25-dən aşağı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla),özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

 

Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcəkdir.               

 

Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 770 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.

 

İştirak etmək istəyənşəxslər2016-cı ilin noyabr ayının 6-dək Daxili İşlər Nazirliyinin internet səhifəsində //mia.gov.az/?/az/content/183/ yerləşdirilmiş elanda ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər. 

 

Əlavə məlumat üçün əlaqə telefonu:          (012) 590-92-54 şəhər

 

        

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır