21 iyul 2017, Cümə
Ana Səhifə - PARLAMENT - Siqaret çəkən deputatlar onu tərgitmək istəmirlər: “Amerika “Marlborro”sunun oduna düşdüm”
Siqaret çəkən deputatlar onu tərgitmək istəmirlər: “Amerika “Marlborro”sunun oduna düşdüm”
08.11.2016, 10:17

Azərbaycanda siqaretin və tütün məmulatlarının reklamı yaxın günlərdə qadağan olunacaq. Belə ki, artıq bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsində müzakirələr aparılıb.

“Tütün və tütün məmulatı haqqında” qanuna ediləcək dəyişikliyə görə, bundan sonra siqaretin açıq şəkildə reklamı mümkün olmayacaq.

Milli Məclisin hətta siqaret çəkən deputatları da qanuna bu dəyişikliyi alqışlayırlar.

Vaxtilə siqaret çəkmiş deputatlardan biri də Mahir Aslanovdur.  O parlamentin Aqrar siyasət komitəsində “Tütün və tütün məmulatı haqqında” qanunun müzakirəsi zamanı bildirib ki, siqaretdən uzun müddət əzab çəkib:

“Mən 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım. Hətta tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır. Siqaretin reklamı qəti qadağan olunmalıdır. Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağ ciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəkilə , ciyərə baxanda siqaretin qutusunu belə, açmaq istəmir”.

 

Modern.az saytı parlamentin siqaret çəkən bir neçə deputatından bu vərdişə necə yiyələndiklərini, siqareti tərgidib-tərgitmək istəməkdiklərini öyrənib.

Deputat Nizami Cəfərov bildirib ki, cavanlıqda Amerika “Marlborro”sunun tüstüsünə düşüb, o vaxtdan elə bu günə qədər də siqaret çəkir:

“Siqaret çəkməyə gec başlamışam. Təxminən 30 yaşımdan siqaret çəkirəm.  5-6 il davamlı çəkəndən sonra 7 il tərgitmişəm. Sonradan yenə də çəkməyə başladım. Hər dəfə deyirdim ki, çəkən deyiləm, bunu da çəkim, tərgidəcəm. Amma o çəkən bu çəkən, tərgidə bilmirəm.Artıq tərgitmək barəsində düşünmürəm, fikirləşirəm ki, azaldım. Bu siqaret də dünyanın bir nemətidir. İndi “Kent-8” çəkirəm. “Kent-8”in özəlliyi odur ki, bir az elə bil sərtdir. Çəkəndə hiss edirəm ki, əsl siqaretdir. Amma nikotini az olan siqaretlər mənə təsir etmir. Siqaretin qoxusu məndə heç bir kompleks yaratmır. Yazı yazanda daha çox siqaret çəkirəm.Günə 1 qutu yarım, 2 qutu gedir. Siqareti gün ərzində nə qədər çəkməyim həmin gün nə qədər işləməyimdən də asılıdır. Bəziləri deyirlər ki, siqareti kefdən ya da fikirdən çəkirlər. Amma məndə bunların heç biri deyil.
Sovetlər dönəmində daha çox Amerika “Marlborro”su  çəkirdim. Bu o zaman ən məşhur siqaret idi. Yadıma gəlir ki, mən də elə o zaman Amerika “Marlborro”sunun oduna düşdüm”.

Deputat Aqil Abbas deyib ki, hələ də siqareti tərgitmək fikri yoxdur:


“Siqareti tərgitmək haqqında qətiyyən düşünmürəm. Amma siqaret çəkməsəm, daha yaxşı olar. Siqareti çəkməyə 35 yaşımda başlamışam. Camaat bu yaşında siqareti tərgidir, amma mən çəkməyə başladım. İndi hələ ki, tərgitmirəm. Kim istəyir çəkər, kim istəyər çəkməz. Azərbaycanda tütünçülüyü inkişaf etdirmək lazımdır.

Bu, çox gəlirli bir sahədir. Azərbaycan və Türkiyə tütünü dünyanın ən qiymətli tütünlərindən sayılır. Əgər Azərbaycanda tütün çəkmək istəmirlərsə, istehsal edib xarici ölkələrə satmaq olar. Niyə özümüz istehsal etdiyimiz siqaretin tütününü xaricdən alaq? Elə özümüz istehsal edək də...

Deputat Mahir müəllim siqaretə başlayanda mən uşaq olmuşam. Mən də Mahir Aslanovun yaşına çatım, onun xatirinə siqareti tərgidəcəm. 27 ildir ki, siqaret çəkirəm, 53 yaşıma çatanda mən də atacam. Hansı siqaretdən çəkməyimə gəlincə, bunu söyləməsəm yaxşıdır. Yoxsa deyəcəklər ki, pulu çoxdur, “Marlborro” çəkir. Amma yox, qoy deyim, indi “Kent-8” çəkirəm, çünki indi yaxşı “Marlborro” yoxdur”.

 

Deputat Asim Mollazadə deyib ki, siqareti tərgitmək hər kəsin şəxsi qərarıdır:

 

“Siqaret reklamının Azərbaycanda dayandırılması müsbət bir haldır. Əsas hədəf gənc nəsli siqaretdən qorunmaq məqsədi daşıyır. Siqareti tərigidib, tərgitməmək hər bir şəxsin öz qərarıdır”.

 

Siqaret çəkən digər deputat Fəzail Ağamalı özünün bu zərərli vərdişə qurşanmağı haqda məlumatların insanlara o qədər də maraqlı olacağını düşünmür:

“Azərbaycanda istənilən yerdə siqaret çəkməyin tam məhdudlaşdırılmasının tərəfdarıyam. Siqaret reklamının qadağan edilməsini də alqışlayıram. Bəzi ictimai yerlərdə siqaret çəkənlər üçün ciddi cərimələr yazılsa, daha yaxşı olar. Amma mənim siqaret çəkib, yaxud tərgitməyim məncə kiməsə maraqlı olmaz”.

 

 

Ağa AKİFOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bu il 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib
21.07.2017, 20:26

Bu il 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib

İlham Əliyev Rusiyada işgüzar səfərdədir
21.07.2017, 20:10

İlham Əliyev Rusiyada işgüzar səfərdədir

KİVDF qalib jurnalistlərin adlarını açıqladı - SİYAHI
21.07.2017, 19:58

KİVDF qalib jurnalistlərin adlarını açıqladı - SİYAHI

Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib
21.07.2017, 19:00

Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib

6300-dən artıq şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb
21.07.2017, 18:45

6300-dən artıq şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb

Təşəkkürlər, möhtərəm prezidentimiz!..
21.07.2017, 18:37

Təşəkkürlər, möhtərəm prezidentimiz!..

Fillipin prezidenti İlham Əliyevə məktub yolladı
21.07.2017, 18:34

Fillipin prezidenti İlham Əliyevə məktub yolladı

Qaxda 100-dən çox ağac qanunsuz kəsilib
21.07.2017, 18:29

Qaxda 100-dən çox ağac qanunsuz kəsilib

İlham Əliyev:
21.07.2017, 18:15

İlham Əliyev: "...vətəndaşlar üçün təmiz, içməli su verilsin"

Ekologiya Nazirliyi şikayəti yerində araşdırdı
21.07.2017, 18:10

Ekologiya Nazirliyi şikayəti yerində araşdırdı

Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq
21.07.2017, 17:53

Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq

UDİD tələbələrə nələr vəd edir – bütün sualların cavabı
21.07.2017, 17:50

UDİD tələbələrə nələr vəd edir – bütün sualların cavabı

Kamal Abdulla çinli jurnalistlərə müsahibə verib
21.07.2017, 17:45

Kamal Abdulla çinli jurnalistlərə müsahibə verib

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən mənzil alan jurnalistlərə ŞAD XƏBƏR   
21.07.2017, 17:42

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən mənzil alan jurnalistlərə ŞAD XƏBƏR  

Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub
21.07.2017, 17:39

Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub

Barama istehsalçılarına subsidiya ödənilir
21.07.2017, 17:36

Barama istehsalçılarına subsidiya ödənilir

 Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
21.07.2017, 17:18

Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

Manatın 3 günlük MƏZƏNNƏSİ
21.07.2017, 17:13

Manatın 3 günlük MƏZƏNNƏSİ

Ermənistan cəmiyyəti və Qarabağ problemi
21.07.2017, 17:08

Ermənistan cəmiyyəti və Qarabağ problemi

İsrail lnümayəndə heyəti ADU-da olub
21.07.2017, 16:42

İsrail lnümayəndə heyəti ADU-da olub

Lavrov: “Bəlkə Putin və Tramp birlikdə tualetə gedib?”
21.07.2017, 16:35

Lavrov: “Bəlkə Putin və Tramp birlikdə tualetə gedib?”

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI   
21.07.2017, 16:35

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI  

Dövlət Xidməti çəyirtkələrlə bağlı xəbərdarlıq etdi - FOTO
21.07.2017, 16:33

Dövlət Xidməti çəyirtkələrlə bağlı xəbərdarlıq etdi - FOTO

Elmar Məmmədyarov Macarıstana gedir
21.07.2017, 16:13

Elmar Məmmədyarov Macarıstana gedir

Jurnalist-deputat prezidentin mesajı haqda: “Problemlərdən yazmaq lazımdır!”   
21.07.2017, 16:11

Jurnalist-deputat prezidentin mesajı haqda: “Problemlərdən yazmaq lazımdır!”  

Almaniya türkiyəli casusların fəallaşmasından narahat olub
21.07.2017, 16:11

Almaniya türkiyəli casusların fəallaşmasından narahat olub

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: 41 vakant yer var – SİYAHI
21.07.2017, 16:08

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: 41 vakant yer var – SİYAHI

Novxanı çimərliyində qadını döydülər
21.07.2017, 16:04

Novxanı çimərliyində qadını döydülər

Dövlət qulluqçusu olmaq istəyənlərin müsahibəsi başlayır   
21.07.2017, 16:01

Dövlət qulluqçusu olmaq istəyənlərin müsahibəsi başlayır  

Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olacaq
21.07.2017, 15:47

Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olacaq

Kamal Abdulladan jurnalistika ilə bağlı TƏKLİFLƏR   
21.07.2017, 15:43

Kamal Abdulladan jurnalistika ilə bağlı TƏKLİFLƏR  

Azərbaycanda xristianlığı qəbul edənlərin şok ETİRAFLARI: “Həyatıma sülh gətirdi”  
21.07.2017, 15:37

Azərbaycanda xristianlığı qəbul edənlərin şok ETİRAFLARI: “Həyatıma sülh gətirdi”  

Sosial mənzillər üçün vətəndaşlara kredit verəcək BANK məlum oldu
21.07.2017, 15:30

Sosial mənzillər üçün vətəndaşlara kredit verəcək BANK məlum oldu

Azərbaycanlı tələbə çex professoru belə təəccübləndirdi
21.07.2017, 15:29

Azərbaycanlı tələbə çex professoru belə təəccübləndirdi

Dövlət İmtahan Mərkəzinin “Çağrı” mərkəzi açıldı   
21.07.2017, 15:22

Dövlət İmtahan Mərkəzinin “Çağrı” mərkəzi açıldı  

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.26%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(70.8%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(3.79%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(2.53%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(21.5%)