Modern.az

“Türkmən atı və dünya atçılıq sənəti” mövzusunda konfrans keçirilib

“Türkmən atı və dünya atçılıq sənəti” mövzusunda konfrans keçirilib

Dünya

26 Aprel 2024, 14:25

Türkmənistanın Arkadağ şəhərindəki Aba Annayev adına Beynəlxalq Atçılıq Akademiyasında “Türkmən atı və dünya atçılıq sənəti” mövzusunda XVI beynəlxalq elmi konfrans keçirilib.

 

Modern.az Türkmənistan mətbuatına istinadən xəbər verir ki, elmi forum hər il aprel ayının son bazar günü ölkədə qeyd olunan Türkmən Atları Festivalına təsadüf edir.

 

Konfrans iştirakçılarının çıxışlarında qeyd olunub ki, Axal-Təkə atları türkmən xalqının nadir mədəni irsidir. Qədim Ahal torpağında yetişdirilən bu nadir at cinsi dünya atçılığında xüsusi yerə malikdir. Çıxış edənlərin fikrincə, türkmən atçıları öz əcdadlarının nəcib əməyini davam etdirərək əfsanəvi “cənnət” atlarının cinsinin saflığının qorunub saxlanılması və elitar populyasiyasının artırılması istiqamətində xeyli işlər görürlər.

 

Bildirilib ki, Türkmənistanın bütün bölgələrində müasir atçılıq mərkəzləri tikilib, burada Axal-Təkə atlarının yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Ənənəvi milli at oyunları və atçılıq növləri də fəal inkişaf edir. Konfransda 2010-cu ildə yaradılmış və aktiv fəaliyyəti ilə bütün dünya at yetişdiricilərinin diqqətini bu fenomenə cəlb edən Beynəlxalq Axal-Təkə Atçılıq Assosiasiyasının müxtəlif ölkələrin at yetişdiriciləri arasında peşəkar dialoq üçün mötəbər platforma olduğu vurğulanıb.

 

Beynəlxalq konfransın yekunlarından sonra onun iştirakçıları Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova təşəkkür müraciəti qəbul ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək